Lionel Messi

Lionel Messi
isp. Lionel Messi
Ümumi məlumatlar
Doğum tarixi 24 iyun 1987(1987-06-24)[1][2][…] (37 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 169 sm[6]
Çəkisi 72 kq[6]
Mövqeyi hücumçu, yarımmüdafiəçi
Əsas ayağı Sol
Klub haqqında məlumat
Klub İnter Mayami
Nömrəsi 10
Karyerası
Gənclik karyerası
1992–1995 Argentina Qrandoli futbol məktəbi
1995–2000 Argentina Nyuells Old Boyz
2000–2003 İspaniya Barselona
Klub karyerası[* 1]
2003–2004 İspaniya Barselona C 10 (5)
2003–2004 İspaniya Barselona B 22 (6)
2004–2021 İspaniya Barselona 778 (672)
2021–2023 Fransa PSJ 75 (32)
2023–h.h. ABŞ İnter Mayami 14 (11)
Milli yığma[* 2]
2005 Argentina Argentina (20 yaşlılar) 18 (14)
2008 Argentina Argentina (23 yaşlılar) 5 (2)
2005–h.h. Argentina Argentina 180 (106)
Təltif və medalları
Olimpiya oyunları
Qızıl Pekin 2008 futbol
Amerika kubokları
Gümüş Venesuela 2007
Gümüş Çili 2015
Dünya kubokları
Gümüş Braziliya 2014

Qızıl Qətər 2022

İmzası
İmza

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 20 iyul 2023 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 20 iyul 2023 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lionel Andres Messi (24 iyun 1987[1][2][…], Rosario, Sante Fe əyaləti[d][3]) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçuhücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır.

Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunuFİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub.

Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən[7][8][9][10][11][12] Messi Qızıl top mükafatını 8 dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.

Messi UEFA Çempionlar Liqası yarışlarında ardıcıl dörd dəfə bombardir olan ilk və yeganə oyunçudur, həmçinin Messi yarış tarixində ən çox het-trik atan oyunçusudur.2012-ci ilin martında Messi Çempionlar Liqasında ilk dəfə bir oyuna 5 qol vurmaqla tarixə düşdü. O, həmçinin Joze Altafininin Çempionlar Liqasında bir mövsümdə 14 qol vurma rekorduna da şərik çıxdı. Messi 2011–2012 mövsümündə 72 qol vuraraq Avropada yeni rekord müəyyənləşdirdi. Həmin mövsüm bir mövsümdə altı müxtəlif yarışda həm qol vurub, həm də məhsuldar ötürmə etməklə futbol tarixində ilkə imza atdı. 16 fevral 2013-cü ildə Messi "Barselona" karyerasında 300-cü qolu vurdu. 30 mart 2003-cü ildə Messi ardıcıl 19 La Liqa oyununda fərqləndi. Bununla o peşəkar futbol yarışında bütün rəqib komandalara qol vurmaqla tarixi düşdü. O ardıcıl 21 liqa oyununda qol vurmaqla öz rekordunu yenilədi və yalnız zədə bunun davamını gətirməyə mane oldu. 23 mart 2014-cü ildə Real Madridə qarşı oyunda het-trik edərək El-Klassikolarda ən çox het-trik edən futbolçu adına yiyələndi.

Messi bir çox göstəricilərdə Dünya rekordunu əldə edib: 289 qolla La Liqa tarixində ən çox qol vuran, 50 qolla bir La Liqa mövsümündə ən çox qol vuran, 91 qolla bir təqvim ilində ən çox qol vuran, Çempionlar Liqasında bir oyunda ən çox – 5 qol vuran və çempionlar liqasında ən çox – 5 dəfə bombardir olan oyunçudur.

Messi 2005-ci ildə FİFA 20 yaşadək futbolçular arasında Dünya Kuboku yarışında Argentina millisinin heyətində çıxış etdi, turniri ən yaxşı oyunçu və bombardir kimi tamamladı. 2006-cı ildə o, FİFA Dünya Kubokunda oynayan ən gənc argentinalı oyunçu kimi tarixə düşdü və həmçinin 2007-ci ildə Kopa Amerikada finalçı oldu, bu yarışda da Messi ən yaxşı gənc oyunçu seçildi. 2008-ci ildə Argentina Olimpiya milli futbol komandası ilə Olimpiya çempionu olaraq ilk uğurunu qazandı. SportsPro qəzeti Messini dünyada ən dəyərli ikinci oyunçu kimi qiymətləndirib. İstedadı və oyun tərzi ilə tez-tez bənzədildiyi Dieqo Maradona Messini öz xələfi kimi göstərib.[13]

Messi 2021-ci Barselona maddi krizdə olduğu üçün heyətdən ayrıldı və sərbəst futbolçu oldu.PSJ onu heyətinə qatdı. Burada da çox yaxşı performans göstərə bilmədiyi və UEFA Çempionlar Liqasını burada qazana bilmədiyi üçün PSJ onunla yeni müqavilə imzalanmadı. O 2023-cü ildə Səudiyyə Ərəbistanı komandası Əl-Hilaldan təklif gəlsədə o bu təklifi qəbul etməyib, Devid Bekhemın komandası olan, İnter Mayamiyə transfer oldu.

  1. 1 2 Lionel Andrés Messi // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Lionel Andrés Messi // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #137928408 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 Messi obtiene la nacionalidad española (isp.). 2005.
  5. 1 2 Frate C. d. Messi è residente a Recanati: il Comune gli manda il certificato elettorale (it.). Milano: RCS MediaGroup, 2019. ISSN 1120-4982; 1128-2568; 2499-2542
  6. 1 2 3 https://www.fcbarcelona.com/football/first-team/staff/players/2018-2019/messi.
  7. "Del Potro: Messi's the best player in the world". Marca.com. 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2013.
  8. "Simunic: Messi's the best of all time". FIFA. 2013-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2012.
  9. Smith, Ben. "Lionel Messi: Goals record caps golden year for Barcelona star". BBC Sport. 2014-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2012.
  10. "Lionel Messi hailed as 'incredible' and 'gigantic' by Gerd Muller after Barcelona star breaks record for most goals". London: Telegraph Sport. 10 dekabr 2012. 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2012.
  11. "Arsène Wenger hails Barcelona's Lionel Messi after four-goal display". The Guardian. London. 7 aprel 2010. 2011-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2012.
  12. "David Beckham: Lionel Messi is the best". ESPN. 2013-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2013.
  13. "Maradona proclaims Messi as his successor". China Daily. Reuters. 25 fevral 2006. 2019-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 oktyabr 2006.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search